Omar Efendi mosque in Shaki - Azerbaijan

 

Omar Efendi mosque in Shaki - Azerbaijan

XVIII-XIX əsrlərdə tikilmiş Ömər Əfəndi məscidinin fasadı bişmiş kərpic naxışları ilə diqqəti xüsusilə cəlb edir.
Fasaddakı kərpic karniz, divar səthindən qabağa çıxan nazik tağlarla işlənmiş pəncərəüstü, bir-birini əvəz edən kərpic və daş hörgü sıralarından ibarət pəncərəarası divarlar onun memarlıq simasını tamamlayır.
Tikintinin əsas tutumuna daxil edilmiş minarənin üzərində kərpiclə işlənmiş bəzək işləri Şəki sənətkarlarının xüsusi memarlıq üslubunu, bacarıq və qabiliyyətini özündə əks etdirir. Binanın tikintisi özünəməxsusluğuna, bədii ifadəliliyinə görə Şəki memarlığı ruhunda yerinə yetirilmişdir.
İnteryerin dekor elementi olan mehrabı xüsusi məharətlə işlənmişdir. Dindarlar məscidin həyətindəki hovuzun suyu ilə dəstəmaz alır, geniş və işıqlı salonda ibadət edirlər.
Məsciddə dövlət qeydiyyatdan keçmiş dini icma fəaliyyət göstərir.;

.

address:omar efendi mosque
shaki, Azerbaijan

map for omar efendi mosque

Share and Enjoy

 
 
 
 

0 Comments

 
 

Leave a Comment

 
*
*
 




Input symbols

Subscribe to Blog!
Email *
Wait! Please check your email to confirm your subscription.